single

Mərkəz filialı

Baku Medical Plaza klinikalar şəbəkəsinin missiyası beynəlxalq standartlara tam uyğun yüksək səviyyəli tibbi xidmət servisini təşkil etməkdən ibarətdir.

Tibbin ən son nailiyyətlərindən, müasir texnologiyalardan istifadə etməklə xalqımıza müasir standartlar səviyyəsində tibbi xidmət göstərmək;

Müalicə məqsədilə xarici ölkələrə gedən xəstələrin vətənimizdə indiyədək həyata keçirilməmiş hər növ tibbi xidmətlər almalarını təmin etmək;

Sizə özəl xidmətlərini təqdim etməkdədir.

2011-ci ildən Babək filialınıın yaradılması ilə fəaliyyətə başlayan klinikamız beynalxalq standartlara uyğun saglıq xidmətini ölkəmizə gətirmək ücun qurulmuşdur. Son illərdə gedərək artan tələbi qarşılamaq məqsədi ilə klinikaya edilən investisiyalar BMP-nin Azərbaycanın ən böyük özəl xəstəxanası olmasını təmin edir.

Mərkəz filialı 01.10.2013 ildə istismara verilmişdir.

Bu gün çatdığımız nöqtədə 25000 m2 qapalı sahədə 200 yataq, 25 Reanimasiya yatağı, laminar hava axını ilə təchiz olunmuş 15 əməliyyat otağı və 5 doğumxanası, doğulan uşaqlar üçün 25 küveyzlik Reanimasiya ilə xidmət veririk. Önümüzdəki dövrdə dünyadakı ən irəli standartları hədəfləyərək verdiyimiz xidmətləri inkişaf etdirməyi davam edəcəyik. Ən yüksək səviyyədə tibbi xidmətlər, xaricdə təhsil alan və xaricdən dəvət olunan həkimlər heyəti, yüksək tibb xidmət və ən üstün tibbi avadanlıqlar ilə xaricdə müalicəyə üstünlük verən xəstələrin seçimi olmaq arzusundayıq.

Mərkəz filialında fəaliyyət göstərən Kardio Mərkəzində Bakının ən qabaqcıl angioqraf cihazı, tam təchiz olunmuş 2 ədəd açıq ürək əməliyyatxanasında hər növ ürək xəstəliklərinin əməliyyatı olunmaqdadır. 24 saat açıq olan angio laboratoriyasında infarkt xəstələrinə müdaxilə edilməkdədir. Müdaxilə olunan xəstələr üçün təcilli yardım daşınma xidməti pulsuzdur. Radial angiografiya haqqında: klinikamızda angio bilək nəbz arterindən edilməkdə ballon və stend əməliyyatları edilir. Beləliklə, qanaxma riski olmadan xəstə qısa müddətdə evə yazılır.

BMP Qadın və Uşaq sağlamlıq mərkəzinnə ümumi qadın sağlamlığı, hamiləlik təqibi, riskli hamiləliklərin təqibi, hər cür açıq və laparoskopik ginekoloji əməliyyatlar kimi bir çox sahədə xidmət verməkdəyik. Əsasən ginekoloji əməliyatlardan sonra yaranmış fəsadların və sidikqaçırma kimi çətin probləmlərin müalicəsi xəstəxanamızda edilməkdədir.

Klinikamızın Qastroenteroloji Mərkəzində mədə barısaq xəstəlikləri, hepatitlər, ERCP kimi xəstəliklər müayinə olunur, qastroskopiya və kolonoskopiya olunur. Nevroloji və İflic mərkəzində EEQ, EMQ, Serebral angio, Parkinson, Baş ağrısı - Miqren, Vertiqo, Epilepsiya, Alzheimer kimi xəstəliklər müalicə olunmaqdadır. Ümumi cərrahiyyə mərkəzində hər cür Abdomen cərrahiyyəsi, endokrin cərrahiyyəsi, laparoskopik cərrahiyyə, təcili əməliyyatlar, xüsusilə laparoskopik cərrahiyə əhəmiyyətları edilir. LOR bölümü septoplastika, tonsil-adenoid əməliyyatları, qulaq və eşitmə problemləri əməliyatları, endoskopik sinus cərrahiyyəsi və.s. xidmətlərini göstərməkdədir. Trokal Cərrahiyyə bölümündə ağciyər kistaları, ağciyər şişləri, bronxoskopik əməliyyatlar olunur. BMP-də fəaliyyət göstərən Neyrocərrahiyyə Mərkəzində hər cür spinal əməliyyatlar, qapalı üsulla edilən ağrı müalicələri, beyin qanama əməliyyatları, beyin şişi əməliyyatları edilir. Əməliyyatlarımızda mikroskop və pnömotik mühərrik sistemləri kimi irəli texnologiyadan istifadə edilməkdədir. Endokrinoloji bölümdə qalxanabənzər vəzi xəstəlikləri, hipofiz xəstəlikləri, paratiroid xəstəlikləri, mədəaltı vəzi xəstəlikləri, böyrəküstü vəzi xəstəlikləri, tüklənmə - hirsutizm və s. xəstəliklər müalicə olunur. Klinikanın Radioloji şöbəsində 64 slice KT (KT angio), MRT, 3D, 4D, Doppler USG, Digital rentgen edilir. BMP Təcilli Yardım servisi iflic, koma, infarkt, qəzalar, travmalar, beyin qansızması, cərəyan vurması, həzm sistemi problemləri, tənəffüs sistemi problemləri, kiçik cərrahi müdaxilələr (yaraların tikilməsi, dəri və dərialtı törəmələrin çıxarılması və s.), yanıqlar ilə xəstələri qəbul edir.

Mərkəz filialı haqqında ümumi məlumat:
  • 6000 m2 qapalı sahə
  • 70 yataq: (15 reanimasiya, 15 zahılıq, 20 cərrahiyyə, 20 kardiologiya /kvc)
  • 20 tək nəfərlik otaq
  • 30 poliklinika otağı
  • 4 laminar hava axımlı əməliyyatxana
  • 1 doğumxana
Tibbi avadanlıqlar:
  • Angiograf
  • 1.5 tesla MRT
  • 64 slice KT
  • Digital rentgen
  • Portabl rentgen
  • 10 ədəd USM
  • 2 ədəd c kollu (skopi)
  • 2 ədəd Qastroskopiya
  • 2 ədəd Kolonoskopiya
  • 2 ədəd Bronxoskopiya
  • 2 ədəd Duodenoskopi
  • 2 endoskopik stoyka (Laparoskopi)
  • Mikroskop (beyin cərrahiyəsi və lor)
  • Pnomatik mühərrik seti
  • 10 ədəd küveyz
Xəstə və yaxınlarınln hüquq və öhdəkikləri
  • Xəstə və yaxınlarınln hüquq və öhdəkikləri
  • Xəstə müalicə dövründə yazılı müraciəti ilə başqa bir müalicə mərkəzinə köçürülməsini tələb edə bilər.
  • Xəstə və xəstə yaxınları xəstəxanamızda verilən xidmətlər haqqında pulsuz məlumat ala bilər.
  • Xəstə aldığı müalicə haqqında məlumat ala bilər.
  • Xəstəxanamızda olduğu müddətdə xəstə aldığı müalicə, keçdiyi müayinə və laborator müayinələrin nəticələrinin surətini götürə bilər.
  • Xəstə xəstəxanaya ödədiyi məbləğin açıqlanmış şəkildə fakturasını tələb edə bilər.
  • Xəstə şikayət, təklif və iradlarını azad şəkildə bildirmək hüququna malikdir.
Xəstəxana qaydaları
  • Xəstə planlaşdırılmış müalicəni rədd etdiyi zaman, yarana biləcək fəsadlar həkim tərəfindən xəstəyə açıqlanır, xəstə təkid edərsə bu zaman bütün məsuliyyət xəstəyə aid olur.
  • Tək nəfərlik və VİP otaqlar istisna olmaqla xəstəyə kənardan qida məmulatlarının, eləcə də gül buketlərinin gətirilməsi qadağandır.
  • Şöbələrə daxil olarkən pul və zinət əşyalarınızı özünüzlə gətirməməyiniz xahiş olunur, əks halda itən əşyalarınıza xəstəxana cavabdeh deyil.
  • Görüş zamanı otağa 2 nəfər daxil ola bilər.
  • Saat 22:00-dan öncə olan yatışlar növbəti gün saat 11:00-da 1 gün sayılır. Saat hesablanarkən təcili yardima daxil olma vaxtı əsas götürülür.
  • Xəstə yanında gecə qalacaq yaxınlarına veriləcək yemək və çay ödənilən məbləğə daxildir. Ekstra istəklər kafedən ödənişlə təmin edilir. Servis kafedən otağa nağd ödənişlə verilir.
  • Xəstə yaxınının otaqda qalma müddəti səhər saat 11:00-da bitmək şərti ilə 1 gün hesablanacaqdır.
  • Əməliyyat sonrası geyiniləcək geyimlər xəstə tərəfindən gətirilməlidir. İstəkdən asılı olaraq əlavə ödəniş etməklə xəstəxana tərəfindən geyimlə təmin edilə bilər.
  • Əməliyyat sonrası ilkin sarğı ödənişsizdir, sonrakılar isə ödənişlidir.
  • Xəstəyə iş yerinə, universitetə və ya hər hansı bir yerə arayış, bülliten və ya klinikamıza aid sənəd verilməsi üçün şəxsiyyət vəsiqəsinin təqdim olunması mütləqdir.
  • Xəstəxana daxilində otaqlarda və palatalarda siqaret çəkilməsi və alkoqollu içkilərin qəbul edilməsi qəti qadağandır.